1. Baş Maliyyə Direktorunun Assistenti
Vakansiya haqqında
Departament : Maliyyə
İş qrafiki : Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 08.02.2018
Sizin əsas vəzifə öhdəlikləriniz
* Maliyyə Departamentinə və Baş Maliyyə Direktoruna müvafiq inzibati dəstəyin göstərilməsi
* Baş Maliyyə Direktorunun iclas təqviminin idarə edilməsi, müvafiq iclasların təşkili və görüşlərin təyin olunması
* Sənədlərin idarə olunması və arxivləşdirilməsi
* Təqdimat və hesabatların hazırlamasına dəstək verilməsi
* Toplantı qeydlərinin aparılması və müvafiq olaraq yönləndirilməsi
* Müvafiq sənədlərin tərcüməsinin təmin edilməsi
* Səyahətlərin təşkili və koordinasiyası
* Digər departamentlərlə əməkdaşlıq etmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
* Ali təhsil (Maliyyə, İqtisadiyyat, Biznesin İdarə olunması üzrə təhsilə üstünlük verilir)
* Müvafiq sahədə 2-3 il iş təcrübəsi (Maliyyə sahəsində təcrübəyə üstünlük verilir)
Sizdən tələb olunan bacarıq və səriştəliklər
* Ünsiyyət qurma bacarığı
* Detallara diqqət yetirmə qabiliyyəti
* İntensiv informasiya axını ilə işləmə bacarığı
* Diqqətli və məsuliyyətli
* Tələb olunduğu zaman qeyri-iş saatlarında işləyə bilmək
* Azərbaycan, İngilis və Rus dillərini mükəmməl bilmək
* MS Office proqramlarını yaxşı bilmək
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘’Baş Maliyyə Direktorunun Assistenti’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
2. Ön ofis üzrə müştəri xidmətləri təmsilçisi Xırdalan
Vakansiya haqqında
Şirkət : Azerconnect
İdarə : Müştəri Xidmətləri və Rəqəmsal Xidmətlər
İş qrafiki : Standart
Son müraciət tarixi: 10.02.2018
Müqavilə müddəti : Daimi
Sizin əsas vəzifə öhdəlikləriniz
*Müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək
*Daxil olan bütün müştəri sorğularını araşdırmaq və onları lazımi qaydada cavablandırmaq
*Müştərilər üçün satış əməliyyatlarını yerinə yetirmək
*Müştərilərdən daxil olan müraciət və şikayətləri həll etmək
*Daxil olan sorğu və şikayətləri qeydiyyata almaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
* Ali və ya peşə təhsili (Bakalavr dərəcəsi)
Sizdən tələb olunan bacarıq və səriştəliklər
*Problem həll etmə bacarığı
*Təzyiq altında işləmə bacarığı
*Ünsiyyət qurma bacarığı
*Çevik
*Azərbaycan (səlis), Rus (səlis) və İngilis (orta) dillərini bilmək
*Ms. Office proqramlarını bilmək
Müraciət etmək üçün
CV-nizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “Ön ofis üzrə müştəri xidmətləri təmsilçisi Xırdalan” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.