13 C
Baku
Friday, April 19, 2024
Home Digər vakansiyalar “Azerconnect” MMC iki vəzifə üzrə vakansiya elan edir

“Azerconnect” MMC iki vəzifə üzrə vakansiya elan edir

0
“Azerconnect” MMC iki vəzifə üzrə vakansiya elan edir

1. Baş Maliyyə Direktorunun Assistenti

Vakansiya haqqında

Departament : Maliyyə
İş qrafiki : Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 08.02.2018

Sizin əsas vəzifə öhdəlikləriniz

* Maliyyə Departamentinə və Baş Maliyyə Direktoruna müvafiq inzibati dəstəyin göstərilməsi
* Baş Maliyyə Direktorunun iclas təqviminin idarə edilməsi, müvafiq iclasların təşkili və görüşlərin təyin olunması
* Sənədlərin idarə olunması və arxivləşdirilməsi
* Təqdimat və hesabatların hazırlamasına dəstək verilməsi
* Toplantı qeydlərinin aparılması və müvafiq olaraq yönləndirilməsi
* Müvafiq sənədlərin tərcüməsinin təmin edilməsi
* Səyahətlərin təşkili və koordinasiyası
* Digər departamentlərlə əməkdaşlıq etmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Ali təhsil (Maliyyə, İqtisadiyyat, Biznesin İdarə olunması üzrə təhsilə üstünlük verilir)
* Müvafiq sahədə 2-3 il iş təcrübəsi (Maliyyə sahəsində təcrübəyə üstünlük verilir)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Ünsiyyət qurma bacarığı
* Detallara diqqət yetirmə qabiliyyəti
* İntensiv informasiya axını ilə işləmə  bacarığı
* Diqqətli və məsuliyyətli
* Tələb olunduğu zaman qeyri-iş saatlarında işləyə bilmək
* Azərbaycan, İngilis və Rus dillərini mükəmməl bilmək
* MS Office proqramlarını yaxşı bilmək

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘’Baş Maliyyə Direktorunun Assistenti’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.


2. Ön ofis üzrə müştəri xidmətləri təmsilçisi Xırdalan

Vakansiya haqqında

Şirkət : Azerconnect
İdarə : Müştəri Xidmətləri və Rəqəmsal Xidmətlər
İş qrafiki : Standart
Son müraciət tarixi: 10.02.2018

Müqavilə müddəti : Daimi

Sizin əsas vəzifə öhdəlikləriniz

*Müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək
*Daxil olan bütün müştəri sorğularını araşdırmaq və onları lazımi qaydada cavablandırmaq
*Müştərilər üçün satış əməliyyatlarını yerinə yetirmək
*Müştərilərdən daxil olan müraciət və şikayətləri həll etmək
*Daxil olan sorğu və şikayətləri qeydiyyata almaq

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Ali və ya peşə təhsili (Bakalavr dərəcəsi)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Problem həll etmə bacarığı
*Təzyiq altında işləmə bacarığı
*Ünsiyyət qurma bacarığı
*Çevik
*Azərbaycan (səlis), Rus (səlis) və İngilis (orta) dillərini bilmək
*Ms. Office proqramlarını bilmək

Müraciət etmək üçün

CV-nizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda  “Ön ofis üzrə müştəri xidmətləri təmsilçisi  Xırdalan”  qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.