BOKT “Vijn Fond AzərKredit” MMC Hüquqşünas köməkçisi (Bakı, Göyçay, Biləsuvar, Cəlilabad, Goranboy, Qazax, Sabirabad) vəzifəsinə işçi qəbulunu elan edir.
İş yeri uğurlu namizədlərin yaşayış yerindən asılı olaraq AzərKredit təşkilatının Bakı, Göyçay, Biləsuvar, Cəlilabad, Goranboy, Qazax, Sabirabad filiallarında olacaq.
Əsas vəzifə və öhdəlikləri:
-
- Bank işinə dair hesabatların, standart rəsmi sənədlərin, poçt göndərişlərinin, maliyyə məlumatlarının işlənməsi, hazırlanması;
- Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin, iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin tərtib edilməsi;
- Müştərilərlə müvafiq kommunikasiyaların aparılması.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
- Ali təhsil;
- Hüquq sahəsində iş təcrübəsi arzu olunandır;
- Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı;
- Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək;
- Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
- Təşkilatın missiyasına sadiqlik.
Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 15 Fevral 2018-ci il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində ‘Hüquqşünas köməkçisi’’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
E-ünvan: [email protected] Fax: (+994 12) 597 30 39 www.azercredit.az