Dünya birjalarında neftin dəyəri bahalaşmağa başlayıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:50 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 51 sent, yəni, 0,76% bahalaşaraq 67.37$-a təklif olunub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 55 sent, yəni, 0,87% artaraq 63,94$-da qərarlaşıb.