Azərbaycan Prezidenti Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Banker.az bu barədə Prezidentin bu gün imzalanan sərəncamına istinadən xəbər verir.
Sərəncamda deyilir ki, Mingəçevir şəhərinin su təchizatı sisteminin yenidən qurulması işlərinin başa çatdırılması və kanalizasiya sisteminin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,0 (on iki) milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Nazirlər Kabineti və Maliyyə Nazirliyinə bu sərəncamdan irəli gələn məsəllərin icrası tapşırlıb.







