Azəebaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa məktub ünvalayıb.
Banker.az bu barədə Prezidentin rəsmi internet səhifəsinə isinadən xəbər verir.
“Hörmətli cənab Prezident,
Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.
Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.” – deyə Azərbaycan Prezidentinin məktubunda deyilir.
Xatırladaq ki, bu gün, Birləşmiş Ştatların Florida ştatında yerləşən məktəblərdən birində baş vermiş atışma nəticəsində ən azı 17 nəfər ölüb, 17 nəfər yaralanıb.






