Hüquq Meneceri
Vakansiya haqqında
Əmək haqqı: 1500 – 3000 AZN
Yaş həddi: 25 – 45
İş rejimi: 09:00 – 18:00
İş yeri: Bakı
Vəzifə öhdəlikləri
Azərbaycan Respublikasının qanunvericiliyini, rəhbərliyin verdiyi əmr və təsdiq etdiyi daxili təlimatları öz işində rəhbər tutmaq;
Hüquqi rəylərin hazırlanması;
Qanunvericiliydə dəyişiklikləri daim izləmək və bu barədə rəhbərliyə məıumat vermək;
Hüquqi sənədlərin (o cümlədən müqavilələr və bütün daxili sənədlərin – qərarlar, prosedurlar, qaydalar, əmrlər və sair)tərtib edilməsi;
Qarşı tərəfin təqdim etdiyi müqavilələrin onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq
Cəmiyyətin fəaliyyəti ilə bağlı Hüquqi şəxs(lər)in dövlət qeydiyyatına alınması, yenidən təşkili və ləğvi üçün tələb olunan sənədlər paketini hazırlamaq və icra etmək
Hüquqi şəxşlərin təsis sənədlərində edilmiş dəyişikliklərin və faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər paketini hazırlamaq və icra etmək
Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarını yerinə yetirmək
Bütün dövlət qurumlarında nümayəndə qismində çıxış etmək;
Şirkətin maraqlarının məkhəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi
Şirkətlər Qrupunun daxil olan bütün struktur bölmələrinin hüquqi məsləhət və yardımla təmin etməli
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması
Tələb olunan bilik və bacarıqlar
• Ali hüquqi təhsil;
• Hüquq sahəsində (o cümlədən məhkəmə, dövlət qurumları ilə) minimum 3 illik iş təcrübəsi;
• Məhkəmə və icra işləri üzrə peşəkar təcrübə;
• Azərbaycan Respublikasının qanunlarını, o cümlədən və bununla məhdudlaşmayaraq, mülki, mülkü prosessual, cinayət və cinayət prosessual, inzibati və inzibati-prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini, beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
• Rus və ingilis dilini bilənlərə üstünlük veriləcək;
• Ofis proqramları (Word, Excel, Internet) sahəsində bilikıərə malik olmalıdır;
• Yaş həddi 25-45;
• Microsoft Office (Excel, Word) bacarıqların üstün səviyyədə olması;
• Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı;
• Komandada işləmək bacarığı.
CV-ni hara göndərmək lazımdır?
Yuxarıda qeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-lərini [email protected] electron ünvanına mövzu yerinə ’’Hüquq Meneceri’’ yazaraq göndərməsi xahiş olunur.