Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan “Gəncəbank” ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi fevarlın 12-dən başlayır.
Fondun mətbuat xidmətindən Banker.az-a verilən məlumata görə, tələblərin ödənişi nağdsız qaydada həyata keçirilir.
***Gəncəbank-ın vəzifəli şəxsləri məsuliyyətə cəlb edilib – Prezident Administrasiyası
Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasınavə Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət etsinlər və bank rekvizitlərini qeyd etsinlər.