2018-ci ilin 24 Fevral-18 mart tarixləri arasında Bakıda təşkil ediləcək “Maliyyə üzrə Qış Məktəbi”- nə qeydiyyat başlamışdır. Proqrama maliyyə və mühasibatlıq üzrə təhsil alan və ya bu sahə üzrə karyeraya sahib olan şəxslər müraciət edə bilər.
Bu təlim vasitəsilə dərin maliyyə və mühasibatlıq bilikləri qazanmaqla yanaşı, biznesin təhlil edilməsi və şirkətin dəyərinin hesablanması üzrə biliklər əldə edəcəksiniz ki, bu da sizə dəqiq qərarvermə qabiliyyəti qazandırmaqla yanaşı, iş sürətinizi artırmaqda və işinizin keyfiyyətini yüksəltməkdə yardımçı olacaqdır.
“Maliyyə üzrə Qış Məktəbi” Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkətlərdə, eləcə də “Böyük dördlük”-də çalışan ACCA member, CIA, CFA chartholder, FRM chartholder dərəcəsinə sahib şəxslərin və təlimçilərin, o cümlədən qonaq qismində iştirak edəcək şirkət nümayəndələrinin iştirakı ilə təşkil olunacaqdır.
“Maliyyə üzrə Qış Məktəbi” 6 müxtəlif modul üzrə, hər dərs isə 3-4 saat olmaqla həftəsonları baş tutacaqdır. Hər bir modulun sonunda imtahan vasitəsilə tədris edilmiş mövzuları hansı dərəcədə mənimsəməyiniz yoxlanılacaqdır.
?Proqramın sonunda bütün təlimçilərin imzası ilə imtahanlarda daha yüksək nəticə əldə edən, eləcə də dərslərdə aktiv iştirak edəcək şəxslərə “Fərqlənmə Sertifikatı”, digər iştirakçılara isə “İştirakçı Sertifikatı” təqdim olunacaqdır.
“Maliyyə üzrə Qış Məktəbi” ingilis dilində terminologiyadan istifadə edilməklə Azərbaycan dilində aparılacaqdır.
“Maliyyə üzrə Qış Məktəbi”- nin təlim proqramı aşağıdakı kimidir:
1-ci Gün
Modul 1 – Financial Statements Analysis
-Financial Analysis of companies
-Interpretation of financial statements
2-ci Gün
Modul 2 – Financial Management
-Working capital management
-Investment appraisal (Payback period, ROI, NPV, IRR, NPV allowing for inflation and taxation, Adjusting for risk and uncertainty)
3-cü Gün
Modul 3 – Business Valuations
-Assets-based approach
-Income-based approach
-Cash flow-based approach
4-cü Gün
Modul 4 – Business finance
-Sources of and raising business finance
-Cost of Capital (WACC, CAPM and etc.)
5-ci Gün
Modul 5 – Financial Risks
-Valuation and Risk Models
-Current Issues in Financial Markets
6-cı Gün
Modul 6 – Internal Audit
-Definition of Internal Auditing
-Types of internal controls
-Fraud risk awareness
-Alternative control frameworks
Qiymət: 195 AZN
?Maliyyə üzrə Qış Məktəbinə qoşulmaq üçün Maliyyə və ya Mühasibatlıq üzrə heç bir ilkin bilik tələb olunmasa da, bu sahə üzrə biliklərinizin olması sizin üçün avantaj olacaqdır.
?Online qeydiyyat üçün link:.
https://goo.gl/RycrnG
Ətraflı Məlumat üçün:
+99450 228 2320
+99412 408 2320
SAT PLAZA 13-cü mərtəbə, Bəşir Səfəroğlu küçəsi 133