6 C
Baku
Monday, December 16, 2024

IMF: ABŞ-dakı şist neft hasilatı qlobal tələbi təmin edə bilməyəcək

ABŞ-ın şist neft sənayesi qlobal neft tələbindəki artımı təmin etmək və bazarı sabitləşdirmək üçün kifayət qədər güclü deyil.

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına istinadən, qlobal iqtisadi artımın 4% təşkil etməsi durumunda, dünya iqtisadiyyatında illik 2 mln. barel/gün əlavə neftə ehtiyac yaranacaq.

“Bu da təxminən 4-5 mln. barel/gün məcmu istehsal deməkdir. Lakin, hazırda fəaliyyətdə olan yataqlarda hasilatın getdikcə azaldığını nəzərə alsaq, ABŞ-da şist neft hasilatının 1 mln. barel/gün artması qlobal neft tələbini təmin edə bilməyəcək”, – deyə sənəddə qeyd olunub.

Beləliklə, qlobal iqtisadi böhran ssenarisi istisna edilməklə, 2020-ci ildən sonra dünya iqtisadiyyatı neft kəsiri ilə üzləşəcək. Əgər geosiyasi risklər də diqqətə alınarsa, neft qiymətlərinin yenidən 100 dollar/bareli ötməsi çətin olmayacaq.

Qeyd edək ki, ötən həftə Birləşmiş Ərəb Əmirliklərinin neft naziri Süheyl əl-Mazrui neft ölkələrini tükənmiş yataqlarda hasilat güclərini bərpa etməyə çağırıb. Buna səbəb kimi nazir tələbin anidən artması və ya neft çatdırılmasında yarana biləcək problemləri əsas gətirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər