Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ABŞ-ın biznes fəaliyyətinə mane olur, Vaşinqtonun orada təsiri çox azdır.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bazar ertəsi Ağ evdə qubernatorlar ilə görüş zamanı bu bəyanatla çıxış etdi.
“Biz artıq göstərməliyik ki, nə etdiyimizi bilirik. Ümumdünya Ticarət Təşkilatı fəlakətdir”, – deyə Amerikanın lideri çıxışında bildirib.
Onun sözlərinə görə, ÜTT ABŞ-ın “biznes fəaliyyətini imkansız edir”.
“Biz mübahisələri uduzuruq, bizim orada hakimlərimiz yoxdur, hakimlərimizin sayı çox azdır”, – deyə Prezident bildirib.
Tramp növbəti dəfə qeyd edir ki, Meksika, Kanada və Çin ABŞ-ın hesabına mənfəət əldə edirlər.
“Mən onları günahlandırmıram. Mən Meksikanı günahlandırmıram, heç kimdə günah görmürəm, mən yalnız özümüzü günahlandırıram, çünki biz illər boyu düzgün mübarizə aparmamışıq”, – deyə o çıxışını yekunlaşdırır.