8 C
Baku
Friday, December 13, 2024

“SOCAR Turkey” və BP yeni müqavilə imzalayıb

BP və “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) yeni müqavilə imzalayıb.

Bu barədə BP məlumat yayıb. BP və STEAŞ BP-nin yeni nəsil PTA texnologiyası üçün lisenziya müqaviləsi imzalyıblar.

STEAŞ 2023-cü ilədək yekun investisiya qərarı qəbul edilənə qədər Türkiyənin Aliağa rayonunda illik 900 min ton tutuma malik yeni texnologiya qurmaq niyyətindədir.

“BP bu texnologiyanı Türkiyədə lisenziyalaşdırmaq və həyata keçirmək üçün STEAŞ ilə uzunmüddətli əlaqələr qurmaqdan məmnudur”, – deyə “BP Petrochemicals” baş əməliyyat direktoru Rita Griffin bildirib.

STEAŞ –ın əməliyyatlar üzrə departamentinin rəhbəri Emil Eminov deyib: “Bu investisiya Aliağada “Star” neft emalı və “Petkim” zavodlarının yaxınlığında qurulacaq yeni kompleks üçün rəqabətə davamlı, strateji və əlavə dəyər zənciri yaratmaq planımızın bir hissəsisdir”.

Qeyd edək ki, SOCAR-ın Türkiyəyə planlaşdırılan sərmayələri ümumilikdə 19,5 milyard dollar civarındadır. Bu, 2020-ci ilə qədər nəzərdə tutulan investisiyaların ümumi həcmidir. Son 9 ildə şirkət 19,5 milyard dollarlıq investisiyanın 12,6 milyard dollarlıq hissəsini sərf edib. SOCAR qalan vəsait isə 2020-ci ilədək xərcləyərək Türkiyənin ən böyük xarici investoru olmağı hədəfləyir.

Hazırda SOCAR və digər Azərbaycan investisiyaları Türkiyəyə qoyulan birbaşa xarici sərmayənin 51 faizini təşkil edir. SOCAR-ın Türkiyədəki layihələrində ümumilikdə 35 min nəfər çalışır. Şirkət “Petkim”, “Star” neft emalı zavodu, TANAP kimi nəhəng layihələri ilə Türkiyə iqtisadiyyatına öz töhfəsini verir. STEAŞ-ın, həmçinin “Petlim”, “Petkim” külək elektrik stansiyası (Petkim RES), “SOCAR Dağıtım” ve “SOCAR Depolama” kimi şirkətləri fəaliyyət göstərir.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR – 87 faiz, “Goldman Sachs” – 13 faiz.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər