21 C
Baku
Friday, October 4, 2024

Maksim Oreşkin Bakıya gəlir

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin apreldə yenidən Bakıya işgüzar səfər edəcək.

Bu barədə Rusiya mətbuatı xəbər verir.

Məlumata görə, nazir bildirib ki, iki ölkə arasında ticarət-iqtisadi münasibətləri sürətlə inkişaf edir: “Hazırda ölkələr arasında əlaqələrin inkişafını sürətləndicək xüsusi qrup yaratmışıq. Azərbaycanla qarşılıq münasibətlər çox önəmlidir. Aprel ayında Bakıya yenidən səfər etməyi planlaşdırıram. Rusiya və Azərbaycanın gündəmində bir çox mühüm layihələr var. Hələki onlar barəsində danışmayacağıq. Mənim Bakıya səfərimi gözləyək. Həmin səfərdə Azərbaycanın hökumət nümayəndələri ilə rəsmi danışıqlar aparılacaq. Ümid edirəm ki, bizim daha çox birgə layihələrimiz yaranacaq”

Qeyd edək ki, ötən il yanvarının sonunda M.Oreşkinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti Bakıda işgüzar səfərdə olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər