3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda bu bank dollarla depozitin faizni 1%-dən də aşağı saldı

“Azərbaycan Sənaye Bankı” (ASB Bank) ASC yerli və ABŞ valyutası ilə qəbul etdiyi əmanətlərin faizini endirib.

Bu barədə Banker.az həmin bankın internet səhifəsinə istinadən xəbər verir.

Məlumata görə, bu günə qədər dollarla qəbul etdiyi əmanətlərin aylıq ödənişini 1% ilə qəbul etdiyi halda, bundan sonra 0,2% endirərək 0,8% ilə qəbulu qərara alıb.

Manat ilə cəlb etmək istədiyi depozitlərdə isə fazilər daha çox enib. Məsələm, aylıq ödəniş üzrə qəbul etdiyi 12 aylıq depozitin faiz dərəcəsini 2% ucuzlaşdıraraq 10% səviyyəsində saxlayıb.

Qeyd edək ki, ASB Bank 1996 ildən fəaliyyətə başlamış və hazırda nizamnamə kapitalı 60 mln. manat həcmindədir.

 

Son xəbərlər
Digər xəbərlər