9 C
Baku
Thursday, December 12, 2024

Elon Musk: ‘Marsda kolonizasiya insanları müharibədən qorumaq üçün şansdır’

11 Mart tarixində Elon Musk gözlənilmədən Texas ştatının Ostin şəhərində keçirilən South By Southwest (SXSW) adlı texnoloji festivalda iştirak edib.

İştirak çərçivəsində Musk Üçüncü Dünya Müharibəsi ehtimalında insan sivilizasiyasının perspektivləri haqqında danışıb. “Əgər Üçüncü Dünya Müharibəsi baş versə biz qaranlıq vaxtları geridə qoymaq və insan sivilizasiyasını yenidən qurmaq üçün insanların bir hissəsini qorumalıyıq. Tez bir zamanda biz Marsda kolonizasiya yaratmalıyıq. Mars Yer kürəsindən uzaqdadır və müharibə ehtimalında onun sağ qalma ehtimalı daha yüksəkdir” – deyə Musk bildirib.

Bundan əlavə olaraq o qeyd edib ki, Mars heç də varlı şəxslər üçün sığınacaq variantı olmayacaq. O düşünür ki, Marsın kolonizasiya prosesi keçən əsrin əvvəlində Cənub Qütbünə səyahət reallaşdırmış Ernest Shackleton-un ekspedisiyasına bənzəyəcək. “Çətindir, çox təhlükəlidir, sizin sağ qalmama ehtimalınız çox yüksəkdir. Lakin sağ qala biləcəklər böyük çoşqunluq keçirəcəklər” – deyə Musk əlavə edib. Hal-hazırda “SpaceX” şirkəti Mars planetinə insanları göndərəcək 106 metr hündürlüklü BFR raketi üzərində çalışır.

Qeyd etmək lazımdır ki, keçən ilin Sentyabr ayında tədbirlərdən birində çıxış edərkən Musk bildirmişdi ki, 2022-ci ildə Marsa iki ədəd yük gəmisi göndərəcək. 2024-cü ildə isə 4 ədəd yük gəmisinin göndəriləcəyi planlaşdırılır. BFR raketinin ilk uçuşu 2019-cu ilə planlaşdırılır. Bütün bunlarla yanaşı Musk qeyd edib ki, onun bu gözləntiləri çox optimistik ola bilər. Belə ki, o hələ də “SpaceX” və “Tesla” şirkətlərinin bu qədər məşhurluq qazandıqlarına təəccüb edir. Onun sözlərinə görə o bu şirkətlərin uğurlu olacaqlarına yalnız 10% inanırdı. Musk həmçinin Üçüncü Dünya Müharibəsindən daha böyük təhlükə mənbəyi olan süni zəkanı qeyd edib. O, süni zəka sahəsində olan yeniliklərin heç kim tərəfindən idarə olunmadığına təəccüblə yanaşır.

Son xəbərlər
Digər xəbərlər