Cihazlar üzrə Menecer – Bakcell

Cihazlar üzrə Menecer

Vakansiya haqqında

Şirkət : Bakcell
İdarə : Marketinq
Şöbə : İnternet Məhsulları və Rəqəmsal Biznes
İş qrafiki : Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 27.03.2018

Sizin əsas vəzifə və öhdəlikləriniz

*Bakcell şirkətinin yarımillik müddət üzrə mobil cihazlar strategiyasını təkmilləşdirmək və smartfonların tətbiqi nüfuzunu artırmaq
*Bakcell şirkətinin Mi-Fi, IoT və s. kimi cihazları ilə bağlı illik strategiyasını yaratmaq
*Bakcell şirkətinin cihazların alınması, təhlili, araşdırılması, bazara çıxarılması və s. kimi proseslərini idarə etmək
*Satış departamenti ilə birgə bazarda və anbarda olan mobil cihaz ehtiyatlarını idarə etmək
*B2B və B2C bazarında biznes planının hazırlanmasından məhsulun bazara çıxarılması və sonrakı proseslərin təhlilinədək yeni cihazları təhlil etmək, təkmilləşdirmək və müvafiq fəaliyyətləri həyata keçirmək
*Müştərək kampaniyaların hazırlanması məqsədilə şirkət partnyorları ilə əlaqələri genişləndirmək və idarə etmək
*Tender sənədlərinin hazırlanmasında Təchizat Departamenti ilə əməkdaşlıq etmək
*Mobil cihazlarla bağlı təkliflərin, eləcə də promo məhsulların bazara çıxarılması üçün Pərakəndə Satış və Təchizat bölmələri ilə sıx əməkdaşlıq etmək
*Bazarda vəziyyəti və bazara çıxarılan məhsulların Bakcell mağazalarında təqdimatını araşdırmaq üçün monitorinq aparmaq

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

*Marketinq, İqtisadiyyat, Maliyyə və ya İT üzrə ali təhsil (MBA təhsili üstünlük hesab olunur)
*Marketinq və ya Biznesin İdarəedilməsi üzrə 3-4 il iş təcrübəsi
*Telekommunikasiya və Cihazların İdarə olunması sahəsində iş təcrübəsi üstünlük hesab edilir

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Analitik düşüncə
*Təzyiq altında işləmə və eyni zamanda bir neçə layihəni idarə etmək qabiliyyəti
*Ünsiyyət bacarığı
*Təqdimat bacarığı
*Təşəbbüskarlıq
*MS Office  proqramlarını mükəmməl  bilmək
*Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlük sayılır)

Müraciət etmək üçün

CV-nizi jobs@bakcell.com  e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda  ‘’Cihazlar üzrə Menecer’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər