10 C
Baku
Friday, December 13, 2024

Ticarət müharibələri dünya iqtisadiyyatına $470 milyarda başa gələcək, Bloomberg deyir

Ticarət müharibələri dünya iqtisadiyyatna 470 mlrd. ABŞ dolları məbləğində zərər vura bilər.

Bu qənaətə “Bloomberg Economics” agentliyi apardığı qiymətləndirmələrdən sonra gəlib.

Araşdırmada qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın bəzi məhsullara gömrük rüsumu tətbiq etmək qərarı və digər ölkələrin buna analoji cavab verməsi ehtimalının artması hələ ki, bir başlanğıc ola bilər. ABŞ-ın qərarı 2020c-i ildə qlobal iqtisadi artımın gözləniləndən 0,5 faiz bəndi az olmasına gətirib çıxaracaq. ABŞ iqtisadiyyatının isə bu qərarla 0,9 faiz bənd az artması gözlənilir.

İqtisadçılar Ceym Mörey və Tom Orlikin təhlillərinə görə, D.Trampın qərarı ABŞ-da inflyasiya təzyiqlərini artıracaq. Əksər mərkəzi banklar isə ticarət müharibələri zamanı yüksək inflyasiya və aşağı tələblə mübarizə aparmaq arasında qalacaqlarını istisna etməyiblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər