Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşacaq

Azərbaycanın Xankəndi ilə Rumıniyanın Baia Mare şəhərləri qardaşlaşacaq.

Bununla bağlı razılaşma Rumıniyada səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun həmin ölkənin Baia Mare şəhərinin meri İoan Doru Denkuş ilə görüşündə əldə olunub.

Görüşdə həmçinin Xankəndi və Baia Mare şəhərləri arasında əlaqələrin qurulması və inkişafı, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və digər qarşılıqlı fayda doğuran məsələlər də müzakirə edilib.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər