Finlandiya hökuməti Nokia-nın səhmlərinin alınmasına 844 milyon avro (1.04 milyard dollar) xərcləməyi və beləliklə şirkətdəki payını 3.3% çoxaltmağı planlaşdırır.
Beləliklə ölkənin Solidium adlı fondu Nokia-nın 11% səhminə sahib olacaq. Bu barədə Reuters saytı xəbər verib. “Biz düşünürük ki, bu yaxşı investisiya olacaq. Yadda saxlamaq lazımdır ki, Nokia Finlandiyanın ən böyük şirkətidir” – deyə Solidium fondunun CEO-su Antti Makinen bildirib. Bununla yanaşı Solidium Nokia-nın May ayında baş tutacaq direktorlar şurasının görüşündə iştirak etməyəcək.
Lakin Makinen-in sözərinə əsasən vəziyyət dəyişə bilər. Solidium fondunun gələcəkdə də Nokia-dakı payının artırmaq istəyi barəsindəki suala Mankinen bildirib ki, o hal-hazırki şirkət payından tam razıdır və gələcəkdəki investisiyalar üzərində spekulyasiya yaratmayacaq. Qeyd etmək lazımdır ki, şirkətin ümumi əməkdaşlarının sayı 103.000-dir. Finlandiyada isə Nokia 6300 iş yeri təqdim edir.