9 C
Baku
Friday, December 13, 2024

MBA-da testlərin strukturu

Biznes-məktəblərinə qəbul olmaq asan deyil və abituriyentlər çoxsaylı maneələrdən keçməlidirlər. Abituriyentlər seçilmiş təhsil müəssisəsinə sənədlərini təqdim etməmişdən öncə qəbul testlərindən keçməlidirlər. Biznes-məktəblərinin qlobal xarakteri ondan ibarətdir ki, bu testlər beynəlxalq səviyyədə tanınmalıdır. Testlər abituriyentin bacarıq və potensial səviyyəsini yoxlamaq üçün ən etibarlı göstərici hesab edilir. Bununla yanaşı testlər abituriyentin akademik bacarıqlarını və ingilis dilinə sahib olma səviyyəsini qiymətləndirmək imkanı verir.

Testlər haqqında məlumat

Qaydalara görə abituriyentlər bu iki testdən birindən keçməlidirlər: Graduate Management Admission Test (GMAT) yaxud GRE Revised General Test. GMAT testi Graduate Management Admissions Council qeyri-kommersiya təşkilatı tərəfindən idarə edilir. Təhsil müəssisələrinin əksəriyyəti bu testin nəticələrini qəbul edir. 2012-ci ildə 287.000 abituriyent bu test vasitəsilə imtahan vermişdi. Bu testin nəticəsi ilə təqribən 5700 akademik proqrama daxil olmaq mümkündür. Testdə iştiraka görə müəyyən edilmiş yatırımın həcmi 250 dollardır.

GRE testindən keçmək isə abituriyentlərə 185 dollara başa gəlir. Testin təşkilatçısı Educational Testing Service (ETS) qeyri-kommersiya təşkilatıdır. Bu testin nəticələri biznes-məktəblərə daxil olmaq üçün daha çox istifadə edilir. Lakin ümumilikdə bu ABŞ-a şamil edilir. Burada GRE diplom sonrası təhsil üçün əsas qiymətləndirilmə hesab edilir. 2012-ci ildə bütün dünya üzrə bu testdə iştirak edən abituriyentlərin sayı 655.000-dən yüksək idi.

GMAT və GRE testlərindən iştirak etmək üçün ilin istənilən vaxtı bütün dünya üzrə test məntəqələrinə müraciət edə bilrəsiniz. Bununla yanaşı, abituriyentlər təhsil müəssisəsinə sənədlərini verməmişdən 3-6 ay əvvəl bu testdən keçə bilərlər.

Testlərin strukturu

GMAT dörd bölmədən ibarətdir – Analysis of an Argument, Integrated Reasoning, riyaziyyat hissəsi və verbal hissəsi. Testdən keçmək üçün 3 saat 30 dəqiqə vaxt təyin edilib. Testləri kompüter vasitəsilə həll edirlər və qiymətləndirmə sxemi düzgün cavabların sayının artması ilə daha mürəkkəb forma alır. Integrated Reasoning üzrə tapşırıqlar 2012-ci ildə müəllimlərin tələbləri ilə əlavə edilmişdi.

GMAT qiymətləndirmə şkalası 200 və 800 bal arasında dəyişir. Ən prestijli məktəblər 650 və hətta 700 baldan yuxarı göstəriciləri qəbul edirlər. GRE 6 hissədən ibarətdir və testi həll etmək üçün 3 saat 45 dəqiqə vaxt təyin edilib. GRE testini də kompüter vasitəsilə verirlər. Lakin onun GMAT-dan fərqi odur ki, abituriyentlər öz cavablarına baxa və düzəldə bilərlər. GMAT-ın bütün nəticələri avtomatik olaraq biznes-məktəblərə göndərilir.

İngilis dilini bilmək:

Əcnəbi tələbələr üçün ingilis dilini bilməklərini sübut etmələri onlar üçün həyati vacib bir məsələdir. Qaydalara görə, biznes-məktəbləri bu testlərdən birinin, və yaxud bir neçəsinin nəticələrini qəbul edirlər: ETS şirkətinin Test of English as a Foreign Language (TOEFL), Britaniya şurasının International English Language Testing System (IELTS), Kembric universitetinin xaricdə ingilis dili təhsili üzrə IDP Education və s.

Testlər nə qədər çətin görünsə də, tələbələr bunu yadda saxlamalıdırlar: testləri keçərkən yaranan çətinliklər qəbul olma prosesində hələ ilkin addımdır ki, bu da özündə seçilmiş təhsil müəssisəsinə sənədlərin verilməsini və müsahibəni birləşdirir.

Son xəbərlər
Digər xəbərlər