24 C
Baku
Monday, September 30, 2024

ABŞ-dan neft ixracının miqyası məlum oldu

2017-ci ildə ABŞ neft ixracını, demək olar ki, ikiqat artıraraq gündə 1,1 milyon barelə çatdırmışdır. Bu haqda cümə günü 16 mart tarixində Reuters ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına istinadən xəbər verib.

EIA qeyd edir ki, ixracat hasilatın artması, infrastrukturun inkişafı və qiymət faktoru ilə bağlı olaraq artırılıb. Keçən il həmçinin Amerika neftinin ixracat ərazisi, 2016-cı ildə 27 olduğu halda, 37 istiqamətə qədər genişlənmişdir.

Yeni istiqamətlərdən biri hələ 2016-cı ildə Amerika neftini almayan Hindistandır. Keçən il ABŞ ixracatının ümumi həcmindən onun payına 2 faiz düşmüşdü. ABŞ neftinin əsas idxalçısı yenə Kanada oldu, lakin ABŞ-ın dünya bazarına neft satışının ümumi həcmindəki payı 2016-cı ildə 61 faiz olduğu halda, 2017-ci ildə 29 faizə qədər azalıb. İkinci yeri (20 faizlə) Çin tutur.

ABŞ neft ixracatına qoyduğu qadağanı 2015-ci ilin dekabrında ləğv edib. Bundan sonra, Amerika karbohidrogenlərin ümumi ixracında neftin payı 18% -ə çatmışdır, daha əvvəlki maksimum isə 1999-cu ildə 13% təşkil etmişdir.

Amerikada xam neft ixracına qadağa 1975-ci ildə energetika böhranı zamanı tətbiq olunmuşdu. Böhran 1973-cü ildə Yom Kippur müharibəsi dövründə bütün ərəb dövlətləri israilliləri dəstəkləyən ölkələrə neft satmaqdan imtina etdikdən sonra başladı. Nəticədə, bir il ərzində neftin 1 barelinin qiyməti 3 dollardan 12 dollara qədər yüksəldi.

Son xəbərlər
Digər xəbərlər