“Bakı Metropoliteni” QSC yaxın vaxtlarda daha bir keçidi istifadəyə verəcək”.
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, metronun “Cəfər Cabbarlı” stansiyasından “28 May” stansiyasına keçid tunelində tikinti işləri yekunlaşmaq üzrədir:
“Həmin keçid yeni dərs ili başlayana qədər istifadəyə veriləcək. Artıq keçiddə son tamamlanma işləri görülür”.







