İlk növbədə Apple qadjetlərinin yığımı ilə məşhur olan Tayvan şirkəti Foxconn onlar üçün charger, qualqlıq, çexollar və s. istehsal edən Amerikanın Belkin şirkətini alır. Bu haqda The Verge məlumat verib.
Apple ilə əməkdaşlıq Foxconn şirkətinin gəlirlərinin təxminən yarısını təmin edir, lakin şirkət biznesini diversifikasiya etməyə çalışır. Belkin onun aldığı ilk şirkət deyil. Nokia brendinin dirçəlişi ilə məşğul olan HMD Global şirkəti də Foxconn-a məxsusdur.
Amerika hökuməti hələ 866 milyon dollarlıq razılaşmanı təsdiqləməyib. Daha əvvəl ABŞ prezidenti ABŞ-da Çin investisiyalarını məhdudlaşdırmağı və Çindən malların idxalına yeni rüsumlar tətbiq edəcəyini vəd etmişdi.