16 C
Baku
Monday, May 6, 2024

Məntiqi sual: Uğursuz evlilik

İnspektor Borqun imkanlı dostlarından biri yanına keyfi kök gələrək onu yeganə qızının toyuna dəvət etdi. İnspektor dostunu təbrik edərək qızın nişanlısının kim olması barədə soruşdu.

– Dem Berger, qızın nişanlısı, yaraşıqlı, savadlı və Roma papası kimi doğru-düzgün adamdı. Həmçinin, çox tanınmış adlı-sanlı bir ailədəndir. Qızım Reti mənə danışmışdır ki, Dem Bergerin ulu babası əsl aristokrat olub və 1-ci dünya müharibəsində ad-san qazanmışdır. Hətta o, qızıma 1-ci dünya müharibəsində göstərdiyi şücaətə görə üzərində ulu babasının adı həkk olunmuş, qızıldan olan silahı da göstərmişdir. Silahın üzərində belə bir gözəl qeyd də var idi: “5-ci piyada diviziyasının Komandanlığı  tərəfindən 1-ci Dünya Müharibəsinin qəhrəmanı leytenant Bergerə. 1916-ci il.”

İnspektorun şübhə ilə baxdığını görən dostu nə baş verdiyini soruşdu:

– Mənə elə gəlir ki, bu aferist sizin qızınızla sizin pulunuza görə evlənir.

Niyə görə isnpektor Dem Bergeri aferist adlandırdı?

Son xəbərlər
 ⁠
Digər xəbərlər