6 C
Baku
Sunday, December 15, 2024

Akkord Korporasiyasının strukturlarından birində dəyişiklik baş verib

Akkord Korporasiyasının sənaye strukturlarından birinə daxil olan metal məmulatları zavodu müstəqil şirkətə çevrilib. Lakin bu artıq “Steel Force Construction Company” adlanan “Akkord Steel Construction Company”də son yenilik deyil.

Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, 1 milyon 133.200 manat məbləğində kapitalı olan Balaxanı Metal Məmulatları (VÖEN 1503805021) MMC yaradılıb. Yeni şirkətin hüquqi ünvanı “Akkord Plaza” dir. O, 2014-cü ildə yaradılan ” Steel Force Construction Company”nin (VÖEN 1502757471) strukturuna daxildir. Bu metal emal qrupunun tərkibinə Xırdalanda yerləşən metal konstruksiyalar zavodu, Balaxanıdakı metal məmulatı zavodu, Mingəçevir şəhərindəki maşınqayırma zavodu və Şəmkir rayonunun Zəyəm kəndində fəaliyyət göstərən “Zəyəm Texnologiya Parkı” (ZTP) daxildir. Maraqlıdır ki, digər məşhur investisiya holdinqi “Synergy Group” MMC də ZTP-ni öz strukturuna daxil edir. Yəqin ki, “Synergy Group” bu sənaye müəssisəsində səhm nəzarət zərfini “Akkord” Korporasiyasına satıb.

Son xəbərlər
Digər xəbərlər