Zelenski: Ukrayna ordusunun büdcə kəsiri 27 milyard dollar təşkil edir

Ukrayna ordusunun büdcə kəsiri 27 milyard dollar təşkil edir.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə “İstəklilər koalisiyası”nın toplantısından sonra mətbuat konfransında bildirib.

O, qeyd edib ki, Müdafiə Nazirliyi bu ilin sonuna qədər büdcəyə qoyulmuş vəsaitləri istifadə edib: “Müdafiə Nazirliyi avqusta qədər cari il üçün ayrılmış bütün maliyyə yardımını xərcləyib. Biz çoxdan öyrəşmişik ki, düşmən yalnız kritik infrastruktura deyil, həm də başqa hədəflərə zərbə endirir. Xəstəxanalar, məktəblər, yaşayış binaları – bütün bunlar, təəssüf ki, Rusiyanın hərbi taktikasının bir hissəsinə çevrilib və bunu mülki əhaliyə qarşı terrordan başqa cür adlandırmaq çətindir”.

O, Ukraynada “mədəni cəbhə”nin unudulduğunu qabardıb. “Mədəni cəbhə unudulur. İlk günlərdən Rusiya ordusu Ukraynanın nəşriyyat, mətbəə, kitabxana və kitab anbarlarına zərbələr endirir”, – Zelenski xatırladıb.

Ulrayna Prezidentinin sözlərinə görə, 2026-cı ilin yayında Rusiya təxminən 10 milyon nüsxə, ölkədə illik kitab istehsalı həcminin üçdə birini məhv edib.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər