7 C
Baku
Sunday, December 15, 2024

Səlim Müslümov: Sahibkarlıq subyektlərinin sayı artıb

Son 15 ildə sahibkarlıq subyektlərinin 4,3 dəfə artması və özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin 80 faizi ötməsi bu sektorun yeni iş yerlərinin açılmasında rolunun güclənməsinə, ölkədə əmək resurslarının məşğulluğunda payının 75,4 faizə çatmasına imkan verib.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayında qeyri-dövlət sektorunda fəaliyyət göstərənlərin xüsusi çəkisi 41,6 faizə çatıb.

S.Müslümov diqqətə çatdırıb ki, son vaxtlar məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi də sahibkarlığın dəstəklənməsinə yönələn tədbirlərdən biridir:

“Ölkəmizdə əmək və məşğulluq sahəsində dövlət siyasətinin icrasında hökumətlə həmkarlar və sahibkarlar təşkilatları arasında sosial tərəfdaşlıq müstəvisində birgə fəaliyyət mexanizminin qurulması xüsusi önəm kəsb edir.

2016-cı ilin sentyabr ayında Azərbaycanda yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya bu sahədə, əmək sferasının mövcud vəziyyətinin və gələcək perspektivlərinin üçtərəflilik (tripartizm) prinsipi əsasında qiymətləndirilməsində uğurlu iş təcrübəsi formalaşdırıb”.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər