Son illərdə mobil telefonlar və texnoloji inkişaf həyatımıza əsaslı şəkildə inteqrasiya edib. Gündəlik fəaliyyətimizdə bu “ağıllı cihazlar”dan geniş istifadə edirik. Bu yeniliklər ilə bağlı ən çox yararlandığımız sahələrdən biri də ödəniş və ümumilikdə bank əməliyyatlarıdır. Smartfonlar bu gün bizlərə bank əməliyyatlarını da rahat və vaxtında həyata keçirmək imkanı verir. Artıq plastik kart əldə etmək və ya digər bank əməliyyatlarını həyata keçirmək üçün artıq saatlarla bank filialında növbə gözləməyə ehtiyacımız qalmır.
Müştərilərin rahatlığı – öndə gəlir!
Fəaliyyətə başladığı gündən PAŞA Bank ən mütərəqqi meylləri müşahidə edir və innovativ yanaşmaları mənimsəyərək bank məhsullarını müştərilərinə təklif edir. Bank, bank xidmət və məhsullarının rəqəmsallaşdırılmasına xüsusi önəmin verildiyi yeni inkişaf strategiyası çərçivəsində PAŞA Bankın maaş kartı sahibləri olan fərdi müştərilərinə təqdim etdiyi Mobil Əlavəsi Azərbaycan bazarında ilklərə imza atıb. Bank müştərilərin ehtiyaclarını qarşılamaqla yanaşı, PAŞA bank Mobil Əlavəsinin funksionallarını daha da inkişaf etdirməyi planlaşdırır.
PAŞA Bank mobil əlavəsi mobil operator, kommunal, kredit, büdcə və s. xidmətlərin ödənişini təklif edir. Eyni zamanda müştərilərin bir sıra müraciətləri filiala gəlmədən qəbul edir. Bu üstünlük müştərilərin vaxtına qənaət edir və onlara iş yerindən ayrılmadan bank əməliyyatlarını banka gəlmədən Mobil bank əlavəsi vasitəsi ilə həyata keçirmək imkanı verir.
Yerli bazarda ilk
PAŞA Bankın mobil bank əlavəsi günü gündən təkmilləşdirirlir və bir necə funksionallar Azərbaycan bazarında ilk dəfə olaraq təqdim edilir.
Bunlardan biri parkinq haqqının ödənişinin Mobil bank əlavəsi vasitəsilə həyata keçirmək imkanıdır. Müştəri həmişəki kimi avto dayanacağa daxil olur və ödəniş çekini əldə edir, dayanacağı tərk etdikdə isə parkomat qarşısında vaxt itirmədən PAŞA Bankın mobil bank əlavəsində artıq mövcud olan parkinq ödənişi xidməti vasitəsi ilə ödəniş edir. Ödəniş çeki üzərindəki bar kodu skan etməklə mobil əlavədə qeydiyyata alınmış kart vasitəsilə ödəniş həyata keçirilir. Hal-hazırda bu xidmət 28 Mall və Garage Parking-də (Azərbaycan prospektində) fəaliyyət göstərir və tez bir zamanda bu xidmət daha çox sayda avto dayanacaqlarda mümkün olacaq.
Bu yaxınlarda Mobil bank əlavəsində onlayn xidmətlərdən bəhrələnməklə yanaşı, ATM-lərin dəqiq ünvanları haqqında məlumat almaq olar. Onu da qeyd etmək lazımdır ki, Mobil bank əlavəsinə qoşulmaq üçün heç bir komissiya haqqı tələb edilmir.
24/7 rejimində bank xidmətləri
2018-ci ilin ortasında PAŞA Bank müştərilərinin istifadəsinə Endirim Platformasını vermişdir (siyahı). Bir məqamı da vurğulamaq lazımdır ki, ödəniş edərkən endirim haqqında xatırlatmağa ehtiyac yoxdur, çünki bu platformada endirimlər avtomatik olaraq tətbiq olunur. POS terminal vasitəsilə ödəniş etdiyiniz zaman siz dərhal avtomatik olaraq endirimdən faydalanırsınız.
Dünyada və Azərbaycanda PAŞA Bank ilk bankdır ki, filialında “ASAN İmza” mobil sertifikatı verir. ASAN İmza müştərilərə asanlıqla avtorizasiyadan keçməklə dünyanın istənilən yerində 24/7 rejimində onlayn bank xidmətlərindən istifadə imkanı verir. PAŞA Bank, bu böyük layihəni daha da təkmilləşdirərək, gələcəkdə “Asan İmza”nın alınmasının elektron formasını yaradacaq və bunu mobil əlavəsinə əlavə edəcək.