9 C
Baku
Thursday, December 12, 2024

Dupont analizi nədir?

Dupont analizi (eyni zamanda Dupont modeli və ya metodu olaraq da bilinir) təşkilatın ən kritik maliyyə pərformans ölçülərindən biri olan ROE-nin hesablanmasında ən bilinən metodlardan biridir. Dupont analizini ilk dəfə eyni adlı şirkətdə 1920-ci illərdə satış heyətində çalışan Donaldson Braun bir hesabat təqdim edən zaman kəşf etmişdir.

Dupont formulu müxtəlif yollarla ifadə edilə bilinir:

 ROE = (Xalis mənfəət /Gəlir) * (Gəlir / Aktivlər) * (Aktivlər / Şəxsi kapital)

ROE böyüməsini satış böyüməsi ilə qarşılaşdırmışıdr. Əgər ROE-dən daha sürətli böyüyərsinizsə bu maliyyənizin zəifləməsini göstərir. Əgər ROE-niz daha yaxşı böyüyürsə maliyyəniz güclənir deməkdir.

Bu analiz oxşar sektordakı digər firmalarla qarşılaşdırıldığında daha yüksək dönüşlərin qaynağını analizçinin anlamasına kömək edir.

Dupont analizi misalı:

“X” Təşkilatı
Cəmi Aktivlər 25.000 AZN
Şəxsi kapital 5.000 AZN
“X” Təşkilat Gəlir Cədvəli
Gəlir 10.000 AZN
Xalis mənfəət 2.000 AZN

Misal göstərilə “X” təşkilatın ROE-ni formuladan istifadə edərək hesablayaq:

ROE = (2,000 AZN/10,000 AZN) x (10,000 AZN/25,000 AZN) x (25,000 AZN/5,000 AZN)

= 0.20 x 0.40 x 5 = 0.40 və ya 40%

 

Son xəbərlər
Digər xəbərlər