“Bank Respublika” ASC Tovuz və Quba filialına “Korporativ satışlar üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 25 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
• Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
• Koporativ müştərilərlə biznes görüşlərinin aparılması;
• Koporativ müştərilərdən daxil olan məlumatlara operativ reaksiyanın göstərilməsi;
• Bankı və bankın məhsullarını şirkətlərdə və digər yerlərdə təqdim etmək, satışlarını təşkil etmək;
• Cəlb olunan müştərilər qarşısında qoyulan tələblərin icrasına nəzarət.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dili arzuolunandır;
• Əməliyyat və ya kredit bölməsinin satış sahəsində minimum 2 (iki) illik iş təcrübəsi;
• Ünsiyyət və əlaqələr qurma qabiliyyəti;
• Yüksək səviyyədə satış etmə bacarığı;
• Qarşılıqlı əlaqələri inkişaf etdirmə bacarığı;
• Korporativ müştərilərlə işləmə bacarığı;
• Bank işinin mahiyyəti haqqında ümumi bilik;
• Operativ və çevik işləmə qabiliyyəti;
• Dəqiqlik və səliqə;
• Kollektivdə işləmə bacarığı.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Rəqabətli əmək haqqı və bonus qazanma imkanları.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 aprel 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Tovuz/Quba filialı/Korporativ satışlar üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.