16 C
Baku
Tuesday, October 1, 2024

İstehlak kreditləri üzrə mütəxəssis (Quba filialı) – Bank Respublika ASC

“Bank Respublika” ASC Quba filialına “İstehlak kreditləri üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 25 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiyası olmalı;
• Regionun ümumi ərazisini tanıması;
• Regionda geniş auditoriya bazasının, əlaqələrin olması;
• İstehlak kreditləri üzrə təhlil etmə qabiliyyəti;
• Kredit risklərinin minimumlaşdırılması üzrə təklif vermə qabiliyyəti;
• Kreditlərin verilmə prosesi, təsnifləşdirilməsi və s. baradə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barəsində biliklərin olması.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dili arzuolunandır;
• Kredit bölməsinin satış sahəsində minimum 2 (iki) illik iş təcrübəsi;
• Bank işinin mahiyyəti haqqında ümumi bilik;
• Operativ və çevik işləmə qabiliyyəti;
• Ünsiyyətcil, təşəbbüskar;
• Komandada işləmə bacarığı.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Rəqabətli əmək haqqı və bonus qazanma imkanları.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 aprel 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Quba filialı/İstehlak kreditləri üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər