3 C
Baku
Saturday, December 14, 2024

10 ən etibarlı avtomobil

ISeeCars portalının ekspertləri avtomobil bazarını araşdırmış və 320 min km-dən çox gediş məsafəsinə malik ən davamlı avtomobillərin siyahısını açıqlayıblar.

Analitiklər 1981-ci ildən 2017-ci ilə qədər istehsal olunmuş 13,5 milyondan çox avtomobili sınaqdan keçiriblər.

  1. Toyota Sequoia

toyotaBirinci yerə Toyota Sequoia layiq görülmüşdür: bu modelin 6.6%-i 320 min km-dən çox gediş məsafəsinə malikdir.

Toyota Sequoia Toyota Motor Corporation tərəfindən istehsal edilən tam ölçülü ofrouderdir.

Sequoia da Tundra kimi eyni yığım xəttində İndiana ştatının Prinston şəhərində yerləşən Toyota zavodunda istehsal olunur və hazırda ABŞ, Kanada, Meksika, Puerto-Riko və Orta Şərqdə satılır.

  1. Ford Expedition

 ford

İkinci yerə 5,4% göstəricisi ilə Ford Expedition layiq görülüb. Ford Expedition Ford tərəfindən 1996-cı ildən etibarən istehsal olunan tam ölçülü ofrouderdir.

Avtomobilin cəmi 4 nəsli mövcuddur: 1-ci 1997-2002-ci illərdə, 2-ci 2003-2006, 3-cü isə 2007-2017-ci illərdə istehsal olunub. Həmçinin daha uzun Max forması da istehsal olunub.

  1. Chevrolet Suburban

chevro 

Reytinqin “bürüncü” 5,2% ilə Chevrolet Suburban-a verilib. Chevrolet Suburban –General Motors-un Chevrolet bölməsi tərəfindən işlənib hazırlanmış tam ölçülü SUV-dır.

 

Suburban General Motors-un ən məşhur avtomobillərindən biri və avtomobil bazarının ən böyük ofrouderlərindən biridir.

  1. Toyota 4Runner

 toyota

Dördüncü yer Toyota 4Runner-ə (4,2%) məxsusdur. Toyota 4Runner (4,2%) klassik orta ölçülü ofrouderdir, Toyota şirkəti tərəfindən 1984-cü ildən etibarən istehsal olunur. Avtomobilin 5 nəsli mövcuddur.

  1. GMC Yukon XL

 gmc

Beşinci yeri GMC Yukon XL (3,9%) tutub. GMC şirkətinin avtomobilləri hələ 1901-ci ildən istehsal olunmağa başlayıb.

 

Müasir dövrümüz üçün sadə, lakin o zamanlar üçün kifayət qədər mütərəqqi və möhkəm olan bu avtomobillər bir-birinin ardınca sürət və gücünə görə rekordlara imza atıblar.

 

  1.   Chevrolet Tahoe

 chevrol 

Amerikanın General Motors şirkətinin tam ölçülü ofrouderi Chevrolet Tahoe pikap aqreqatlarında hazırlanıb.

1995-ci ildən Chevrolet bölmələrində buraxılır.

 

  1. GMC Yukon

gmc a 

GM (General Motors) bu modeldə lüks və texniki xüsusiyyətlərə üstünlük verib.

Bu avtomobilin əsas üstünlükləri sırasında güclü lonjeron çərçivə, möhkəm polad kuzov, böyük həcmli mühərriklər və s.-ni göstərmək olar.


Beləliklə, avadanlıq və aksessuarlar kataloqunda cruise control, air control, tow bar, qızdırılan oturacaqlara rast gəlmək olar.

  1. Toyota Tacoma

 toyota a

Toyota Tacoma – Toyota Motor Corporation tərəfindən 1995-ci ildən etibarən buraxılan orta ölçülü pikapdır.  

Bu əsasən Şimali Amerika üçün uyğunlaşdırılmış Toyota Hilux-dır.


Tacoma-nın ikinci nəsli 2005-ci ildə Motor Trend jurnalının Truck of the Year mükafatını qazanıb.

 

  1. Toyota Avalon

 

avalonToyota Avalon — 1995-ci ildən Toyota şirkəti tərəfindən buraxılan tam ölçülü avtomobildir.

2005-ci ilin iyul ayına qədər Avstraliya bazarında da satılırdı, lakin 2006-cı ilin noyabr ayında onu Toyota Aurion əvəz etdi.

  1. Honda Odysseyoddesey

Ön və ya tam ötürücülü minivan (Yaponiya təsnifatı üzrə MPV) Honda Odyssey 3 sıra, 6-7 oturacaqdan ibarətdir.

Honda şirkəti tərəfindən istehsal olunur. İkinci nəsildən başlayaraq Şimali Amerika və Asiya bazarları üçün iki fərqli formada istehsal edilir.

Son xəbərlər
Digər xəbərlər