15 C
Baku
Tuesday, April 30, 2024

“Norm” şirkəti 2018-ci il üzrə Yay Təcrübə proqramını elan edib

Norm şirkəti Norm Sement zavodu ərazisində həyata keçiriləcək aşağıdakı sahələr üzrə 2018-ci ilin Yay Təcrübə proqramını elan edir:

  • İnşaat mühəndisliyi;
  • İqtisadiyyat, Logistika, Nəqliyyat;
  • İnşaat Materialları, Yapışdırıcı Materiallar və Beton istehsalı Texnologiyası;
  • Avtomatika, İdarəetmə Sistemləri, Elektrik, Energetika, Elektronika;
  • Maşınqayırma, Texnoloji maşınlar və Metallurgiya;
  • Kimya və kimya texnologiyası;
  • İdarəetmə, insan resursları,  inzibati idarəetmə, təsərrüfat

Təcrübə proqramında iştirak etmək istəyən şəxslər aşağıdakı müraciət formasını doldurub [email protected] elektron ünvanına göndərə bilərlər:

Təcrübə proqramına müraciət forması

Maillərin “mövzu” (subject) hissəsində “2018 Yay Təcrübə proqramına müraciət”  başlığı qeyd olunmalıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər