“Socar-Petrofac” MMC yaradılıb.
“Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən, şirkətin nizamnamə kapitalı 100 min manatdır.
MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ev. 121-də yerləşir.
Şirkətin Müşahidə Şurasının üzvləri Süleymanov Fuad Salman Salman oğlu, Məmmədov Xalik Rəfi oğlu, Karım Osseiran, Fisher David Trevordur.
Qeyd edək ki, MMC bu il fevralın 22-də dövlət qeydiyyatına alınıb.