Enerji Məsələlərini Tənzimləmə Agentliyi enerji nəzarət müfəttişi və qaz nəzarət müfəttişi vakant vəzifələri üzrə sənəd qəbulu elan edir
Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi qarşıda duran vəzifələrin keyfiyyətlə və operativ şəkildə yerinə yetirilməsi, müasir tələblərə uyğun idarəetmə mexanizminin qurulması, regionlarda Agentliyin fəaliyyətinin səmərəliliyinin və çevikliyinin təmin edilməsi məqsədilə Bakı, Sumqayıt, Gəncə, Şirvan, Yevlax, Xaçmaz, Lənkəran, Kürdəmir, İmişli, Tovuz və Şəki şəhərlərindəki regional bölmələrinə enerji nəzarət müfəttişi və qaz nəzarət müfəttişi vakant vəzifələri üzrə sənəd qəbulu elan edir.
Namizədlərin elektroenergetika, enerji və neft-qaz mühəndisliyi sahələri üzrə müvafiq ali təhsilə, elektrik stansiyaları, transformatorlar, sayğaclar, qaz qurğuları, qaz paylayıcı şəbəkələri haqqında ətraflı biliyə, ixtisası üzrə azı 3 il iş təcrübəsinə və 25-45 arası yaş həddinə malik olması tələb edilir.
Qeyd edək ki, vakant vəzifələrlə maraqlanan şəxslər Energetika Nazirliyinin rəsmi internet səhifəsinin “Elan bölmə”-sinə daxil olaraq şərtlərlə daha ətraflı tanış ola bilərlər.