10 C
Baku
Monday, November 25, 2024

Strategiyanın idarəedilməsi üzrə baş mütəxəssis – PASHA Holding

PAŞA Holdinq Strategiyanın idarəedilməsi üzrə baş mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

• Bütün Qrup üzrə korporativ, biznes və funksional strategiyanın hazırlanması prosesində aktiv iştirak;
• Qrup strategiyasının həyata keçirilməsinə dəstək məqsədi ilə dövri olaraq xarici və daxili mühitin təhlili;
• Qrup üçün strateji layihələrin idarə edilməsi, icrası və dəstəklənməsi;
• Mövcud şəraiti nəzərə almaqla yeni biznes imkanlar barəsində ideyaların təklif edilməsi;
• Qurulmuş kanal və vasitələr ilə Strategiyanın izlənməsi və monitorinqi: strategiyanın baxış iclasları, sayı kartları, hesabatlar və s.
• Problemlərin strukturlaşdırılmış həlli proseslərinin və layihələrin idarəedilməsi bacarıqlarının strateji layihələrdə tədbiq edilməsi;
• Aşkar edilmiş məqamlar barədə tövsiyyələrin və təhlinin maraqlı tərəflər üçün hazırlanıb işlənməsi;
• Bütün Qrupu əhatə edəcək Strategiyanın idarəedilməsi üzrə siyasət və prosedurların yazılması prosesinin aparılması;
• Qrupa daxil olan Strateji aktivlərin Strategiya Komitələrinin işinin əlaqələndirilməsi;
• Qrupa daxil olan Strateji aktivlər və xarici məsləhətçilər ilə sıx əməkdaşlıq;
• Daxili müştərilər üçün təlimlərin təşkil edilməsi:   strategiyaya nəzarət və qiymətləndirmə biliklərinin daxili müştərilər ilə bölüşməklə proses haqqında anlayışın artırılması;
• Korporativ mərkəz daxilində illik əməliyyat planlama prosesində iştirak;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Strateji planlaşdırma və məsləhət xidmətləri sahəsində ən azı 2 il idarəetmə təcrübəsi;
• Strateji layihələrin müstəqil idarəedilməsində təcrübə;
• Sürətlə inkişaf edən və gərgin mühitdə müstəqil və komanda ilə birlikdə işləmək bacarığı;
• Dinamik mühitdə məlumatların təhlili və kompleks məsələlərin həlli bacarığı;
• Eyni zamanda bir neçə tapşırıq və layihələr ilə işləmə bacarığı;
• Sahibkarlıq ruhu və yaradıcılıq qabiliyyəti;
• Güclü kritik düşünmə və biznesə maraq;
• Mükəmməl yazılı və şifahi ünsiyyət qurma və təqdimat bacarığı;
• Yüksək səviyyədə şəxsi keyfiyyətlər;
• Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dili biliyi üstünlükdür;
• MS Office (Excel, PowerPoint, Word) proqramlarının yüksək səviyyədə biliyi;
• Strateji idarəetmə ilə əlaqəli sertifikatın olması üstünlükdür.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Strategiyanın idarəedilməsi üzrə baş mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər 18 may, 2018-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə

Son xəbərlər
Digər xəbərlər