İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azexport” portalı vasitəsilə Sərbəst Satış Sertifikatı (Free Sale Certificate) təqdim edib. Bu sənədi ilk dəfə dörd şirkət alıb – “Gazelli Group”, “Apiaz MMC” (“Ballı” brendi ), “Aznar” QSC, “Brightman” MMC (“ZIRA” brendi). Onlar bu sertifikat sayəsində öz məhsullarının ərəb ölkələri və ABŞ bazarına ixracını reallaşdırır.
“Azexport” portalının rəhbəri Zaur Qardaşov bildirib ki, Sərbəst Satış Sertifikatı beynəlxalq ticarətdə nisbətən yeni tətbiq olunan nəzarət tənzimləmə mexanizmidir.