Azərbaycanın çay şirkəti ASC formasından imtina edir

“Lənkəran Çay-3” ASC MMC-yə çevrildi.

Banker.az xəbər verir ki, “Lənkəran Çay-3” Açıl Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formasının dəyişdirildiyini elan edib.

Cəmiyyət reorqanizasiya olunaraq bundan sonra “Lənkəran Çay-3” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) kimi fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, şirkətin nizamnamə kapitalı 201 150 manatdır və qanuni təmsilçisi Arzuman Qasımovdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər