İtaliyanın “Saipem S.p.A.” şirkəti Azərbaycandakı nümayəndəliyini ləğv edir.
Bu barədə şirkətin kreditorlarına müraciətində deyilir.
Müraciətə görə, kreditorlar 2 ay ərzində öz tələblərini Nizami küçəsi 96, Landmark 1-in 3-cü mərtəbəsində yerləşən ünvana bildirə bilərlər.
Qeyd edək ki, “TAP AG” Konsorsiumu İtaliyanın “Saipem SpA” şirkəti ilə Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası layihəsinin dəniz hissəsi ilə bağlı Mühəndislik, Təchizat, Tikinti və Quraşdırma (EPCI) üzrə müqavilə imzalayıb.