1 C
Baku
Saturday, December 14, 2024

Sabiq nazir yeni təyinatlarla bağlı: Maliyyə axınının güclənəcəyinə şübhəm yoxdur

Prezident İlham Əliyevin sərəncamları ilə Nazirlər Kabinetinin tərkibi yenilənib. Yeni Baş nazir Novruz Məmmədovun rəhbərlik edəcəyi hökumətdə bəzi gözlənilməz təyinatlar var.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yerinə iqtisadiyyat nazirinin müavini Sahil Babayev təyin edilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədovun yerinə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov təyinat alıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun yerinə Milli Məclisin deputatı Rövşən Rzayev gətirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu Milli Məclisin deputatı – Fuad Muradov əvəzləyib.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun yerinə Milli Məclisin deputatı Muxtar Babayev təyin edilib.

Təhsil naziri vəzifəsinə Ceyhun Bayramov təyinat alıb.

Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə deputat Vüsal Hüseynov aparılıb.

Sabiq maliyyə naziri Əvəz Ələkbərov prezidentin yeni təyinatları ilə bağlı açıqlama verib. O bildirib ki, hökümətdə aparılan dəyişikliklərə pozitiv baxır:

“Mənim İlham Əliyevin yenidən Prezident seçilməsindən sonra ölkəmizdə aparılan islahatların gedişatına, qeyri-neft sektorunun inkişafına, Qarabağ probleminin nizamlanmasında nəhayət real həll yollarına nail olunmasına, beynəlxalq aləmdə dövlətimizin imicinin artmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə, yoxsulluğun tam aradan qaldırılmasına, özəl sektorun daha böyük vüsət almasına, Azərbaycana maliyyə axınlarının daha da güclənməsinə şübhəm yoxdur.

Qaldı ki hökümətdə kadr dəyişikliklərinə, Nazirlər Kabinetinin tərkibinin cavanlaşması, yeni intellektlərin cəlb olunması, dünyanın tanınmış universitetlərini bitirmiş professionalların vəzifəyə təyin olunmasını alqışlayıram. Yəqin ki, onlar cənab Prezidentin etimadını doğruldacaqlar, xalqımıza, dövlətimizə və mentalitetimizə uyğun işlər görəcəklər”.

evez elekberov foto21524645063
Ə. Əkbərov

Əvəz Ələkbərov dövlət, ictimai, siyasi və elm xadimi kimi yeni təhsil nazirindən gözləntilərini də dilə gətirib.

“Mən şəxsən yeni təhsil naziri Ceyhun Bayramovu yaxşı tanıyıram, onun savadlı, işgüzar, son illərdə təhsildə aparılan islahatlarda ən aparıcı bir şəxs olduğunu düşünürəm, ləyaqətinə, dövlətə sədaqətinə inanıram. İnanıram ki, Azərbaycanda təhsilin yüksəldilməsi yolunda ciddi addımlar atacaq, savadlı və professional kadrların irəli çəkilməsinə nail olacaq, ölkəmizin təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını daha uğurla təmin edəcək, gələcək nəslin milli ruhda tərbiyəsinin artmasına nail olacaq və təhsil işçilərinin sosial qayğısına qalacaq. Mən ona dövlətimiz və xalqımız üçün cox vacib olan işlərində böyük nailiyyətlər, möhtərəm Prezedentimiz İlham Əliyevin müəyyən etdiyi strateji kursun fədakarcasına yerinə yetirilməsində möhkəm can sağlığı arzulayıram”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər