3 C
Baku
Saturday, December 14, 2024

“AGBank” kapitalla bağli problemini necə həll edəcək?

Xəbər verdiyimiz kimi, “AGBank” ASC-nin gəlirləri azalır, zərəri isə artmaqda davam edir. Bu da bankın yığılmış zərərinin 70 mln. manatı ötməsinə gətirib çıxarıb.

Banker.az bu barədə, kommersiya bankının 2018-ci ilin ilk rübünə dair hesabatında deyilir.

Hazırda bankın cəmi kapitalı il ərzində 16% azalaraq 43,88 mln. manata düşüb.

Bankın I rübə olan hesabatına görə, məcmu kapitalı 40,89 mln. manatdır. Bu rəqəm ilin əvvəlində 45,04 mln. manat təşkil edirdi. Hazırda kapitalın adekvatlıq əmsalı 6,92%-ə düşüb ki, bu da Mərkəzi Bankın qoyduğu normadan (10%-dən) xeyli aşağıdır. Məsələm, il öncə bankda bu yöndə vəziyyəti normal saymaq olardı və bu göstərici 10,73% idi. Göründüyü kimi bankın məcmu kapitalında əlavə 10 mln. manat əlavə artımına ehtiyac var.

Bəs bankın nizamnamə kapitalı nə vaxt artırlacaq? Bu addım yetərldirmi?

İlin ikinci ayında “AGBank” səhmdarları qərara gəlmişdilər ki, yeni adi səhmlərinin emisyası ilə kapitalını artırsınlar. Həmin qərarda bildirilirdi ki, bank hər bir səhmin nominal dəyəri 2,00 AZN olan 3,5 mln. ədəd adi səhmin emisyasını həyata keçirməlidir. Bank bu emiysa üçün may ayının 26-na qədər qeydiyyatın gerçəkləşdirilməsini planlayıb. Lakin, bu səhmlərin ümümi dəyəri 7 mln. manatdır. Yəni, bankın bazarda qalmağı üçün həmin 50 mln. manata çatmasına yetərli deyil.

Bankın qarşıdakı aylar ərzində də xalis mənfəətə çıxması ilə bağlı ümidlər azdır. Buna nümunə kimi, bankın kreditlə bağlı faiz gəlirlərinin ildən-ilə azalmasını göstərmək olar. Bu azalmalarında ən əsasə səbəbi məhz aktivlərindəki vaxtı keçmiş kreditlərdir. Hazırda bankın vaxtı keçmiş kreditləri 150,1 mln. manatdır. Bu da cəmi kredit portfelinin 54%-ə qədərini təşkil edir. Məlumat üçün bildirək ki, ilin ilk rübündəki faiz gəlirləri ötən ilin anoloji dövrü ilə müqayisədə 63% az olub.

Son xəbərlər
Digər xəbərlər