“İdeal Kredit” BOKT-un ləğv etmə prosesində olan “Zamin Bank” ASC-də olan 31 dekabr 2017-ci il tarixinə hesab qalığı tam geri qaytarılmayıb.
Banker.az-ın əldə etdiyi məlumatda bu deyilir.
Belə ki, 2016-ci ilin hesabatında deyilirdi ki, adışəkilən bankda kredit təşkilatının 272 087 AZN qalığı var. Lakin 1 il müddəti keçsə də cəmi 1 415 AZN-i ödənilib və 270 672 AZN-i qalmaqdadır.
Qeyd edək ki, “Banklar haqqrnda” Azərbaycan Respublikasının Qanunun 82-ci maddəsinə uyğun olaraq ödənişlər növbəliliklə həyata keçirilməlidir. “Zamin Bank” ASC 2016-cı ilin yay aylarında lisenziyası ləğv edilib və ləğv etmə prosesinə başlanılıb.