11 C
Baku
Tuesday, November 26, 2024

Parisdə nələri pulsuz etmək olar?

Paris ən çox sevilən və ziyarət edilən bir şəhər olmaqla yanaşı, həm də dünyanın ən bahalı şəhərlərindəndir. Lakin bununla yanaşı Fransanın paytaxtında bir sıra cəhətlər vardır ki, siz oranı pulsuz ziyarət edə və yaxud hər hansısa bir xidmətdən pulsuz istifadə edə bilərsiniz. Beləliklə, bunlardan bir neçəsi ilə tanış olaq…

Luvr muzeyinə səfər etmək

Muzeyləri ziyarət etməyi sevirsiniz? O zaman öz səyahət planınızı elə qurun ki, bu muzeyə səfəriniz ayın ilk bazar ertəsinə düşsün. Bu gün Luvr, Ors, Pampidu Mərkəzi və s. müasir incəsənət nümunələri mərkəzlərinin qapıları ziyarətçilər üçün açıqdır. Bundan başqa Parisdə 15-ə yaxın muzey var ki, onlara səfər etmək hər zaman ödənişsizdir. Onlar arasında Paris Tarixi muzeyi, Paris müasir incəsənət muzeyi, Gözəl Sənətlər Muzeyi, Balzak evi, Viktor Hüqo evi və s. var.

Qəbiristanlıqda gəzmək

Bu nə qədər tük ürpədici səslənsə də bu həqiqətən də belədir. Per-Laşez adlı Paris qəbiristanlığında Cim Morrison, Oskar Uayld, Edit Piaf və s. məşhur insanların qəbirlərini ziyarət etmək mümkündür. Bunun əvəzində isə dünyanın ən məşhur qəbiristanlıqlarından biri hesab olunan bu məzarlığa giriş pulsuzdur.

Açıq festivallarda əylənmək

İsti mövsümlərdə Paris küçələri müxtəlif geniş miqyaslı festivallar üçün meydana çevrilir. Bu festivallara misal olaraq, Caz festivalı, La Fête de la Musique, Yay mədəniyyət festivalı və s.ni göstərmək olar. Əlbəttə ki, burada 14 iyul Bastille qalasının alınması gününü də unutmaq olmaz. Bu Fransanın əsas milli bayramı hesab olunur.
Sent-Estaş kilsəsində orqan konsertini dinləmək
Bu musiqi aləti – dünyada ən böyük orqan hesab olunur. Bu kilsədə hər həftənin bazar ertəsi 17.30-da pulsuz orqan musiqisi konserti keçirilir.

Piyada ekskursiyalara qoşulmaq

Parisdə şəhər boyu piyada ekskursiyalar hər gün təşkil olunur və 3 saat davam edir.
Sena çayı sahilində günəş vannası qəbul etmək.
Hər il Sena çayının bir neçə kilometrlik sahilləri qumla örtülür. Çaya yaxın küçələrdə avtomobillərin hərəkəti dayanır və şəhər palmalar, barlarla zəngin bir çimərliyə çevrilir. Sena ətrafında çimərliklər 4 həftə ərzində iyulun ortalarından avqustun ortalarına qədər təşkil edilir.

Son xəbərlər
Digər xəbərlər