7 C
Baku
Sunday, December 15, 2024

Bank sədri dövlətin bir manat pulunu belə “ələ keçirməmişəm” deyir – Azərbaycanda

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən “AtraBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olmuş Nəbiyev Elmixan Nəbi oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə E. Nəbiyev ifadə verib. O, özünü təqsirli bilmədiyini, dövlətin əmlakını mənimsəmədiyini qeyd edib: “Mən yeganə adamam ki, bankımda bütün pullar özümün olum, dövlətin bir manat pulunu ələ keçirməmişəm”.

E. Nəbiyev deyib ki, bankdan ayrı-ayrı şirkətlər tərəfindən götürülən kreditlər vaxtında ödənilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər