7 C
Baku
Sunday, December 15, 2024

“Banklar haqqında” qanun qüvvəyə mindi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1050-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, aşağıdakı dəyişiklik olunmuşdu:

1. 3.3-cü maddədə “maddələri, 35.4-cü maddənin üçüncü abzası və 42-ci maddəsi” sözləri “, 35.4-cü və 42-ci maddələri” sözləri ilə əvəz edilsin.

2. 35.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“35.4. Banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur.

Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.

3. 36.1-ci maddəyə “normativ” sözündən sonra “xarakterli” sözü əlavə edilsin.

4. 41.2-ci maddənin birinci abzasına aşağıdakı məzmunda beşinci cümlə əlavə edilsin:

“Borcalanlar barədə məlumat kredit bürolarına “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada verilir.”.

Son xəbərlər
Digər xəbərlər