Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçmiş sədri Ramiz Həsənov Xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.
Banker.az xəbər verir ki, bu barədə Virtualaz.org-a özəl mənbələrdən məlum olub.
Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 20 aprel 2018-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə ləğv edilib.
Onu da qeyd edək ki, bu günə qədər Azərbaycan Xarici İşlər Nazirliyi başçısının 5 müavini var idi: Araz Əzimov, Xələf Xələfov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev və Nadir Hüseynov.