10 C
Baku
Friday, December 13, 2024

Əhaliyə mühüm xəbər: Özəlləşməyə dair yenilik var

Torpaqların elektron uçotunun yaradılması və sistemli idarə edilməsi reallaşdırılacaq, ölkədə mükəmməl elektron kadastr uçotunun və torpaqlardan səmərəli istifadə edilməsində Peyk nəzarət sistemi qurulacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi arasında əməkdaşlıq memorandumu imzalayıb. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi də aparılan islahatlara uyğun olaraq fəaliyyətində müasir yanaşmalara əsaslanan yeniliklər tətbiq edir. Komitə tərəfindən görülən tədbirlər daşınmaz əmlak idarəçiliyində fəaliyyətin elektron müstəviyə keçidinin reallaşmasına, innovasiyaların tətbiqinə, şəffaflığın artırılmasına, vətəndaş rahatlığının və məmnunluğunun təmin olunmasına istiqamətlənib. Komitə bununla bağlı gələcək hədəflərini və fəaliyyət prinsiplərini artıq müəyyənləşdirib. Torpaqların elektron uçotunun yaradılması və sistemli idarə edilməsi reallaşdırılacaq, ölkədə mükəmməl elektron kadastr uçotunun və torpaqlardan səmərəli istifadə edilməsində Peyk nəzarət sistemi qurulacaq. Göstərilən bütün xidmətlərin vahid Metaməlumat sisteminə inteqrasiyası təmin ediləcək, özəlləşdirmə tam elektronlaşacaq, xidmətlər vətəndaşın məkanında olacaq. Bu işlərin yerinə yetirilməsi üçün isə müasir kadr potensialı formalaşdırılır çevik idarəçilik həyata keçirilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə imzalanan memorandumun əhəmiyyətinə toxunan sədr qeyd edib ki, sənəd ikitərəfli əməkdaşlığın genişlənməsi baxımdan xüsusi rola malikdir. Bildirib ki, memorandum tərəflərə daşınmaz əmlakın kadastrı, xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, şəhərsalmanın planlaşdırılması, o cümlədən birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi istiqamətində geniş platforma yaradır. İmzalanan sənəd hər iki qurumun fəaliyyət sahələri üzrə mövcud və gələcəkdə əldə olunacaq məlumatların vahid formata uyğunlaşdırılmasına, dövlət şəhərsalma kadastrının Azərbaycan Respublikasının vahid dövlət kadastrı sisteminə inteqrasiyasının təmin edilməsinə və bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan verəcək.

Bundan başqa, memoranduma əsasən, hər iki tərəf öz səlahiyyətləri çərçivəsində torpaqların elektron kadastr uçotu sahəsində, şəhərsalma sahəsində infrastrukturun yaradılması və inkişafı istiqamətində birgə fəaliyyətə başlayır. Yerquruluşu, kadastr, geodeziya, şəhərsalma və memarlıq sahələrində beynəlxalq təcrübə araşdırılacaq, elmi-texniki nailiyyətlərin tətbiqi genişlənəcək. Artıq bu işlərin reallaşdırılması üçün müvafiq işçi qrupunun da yaradılması nəzərdə tutulur.

Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev çıxış edərək, imzalanan memoranduma əsasən hər iki qurum arasında təşkil olunan əməkdaşlığın müvafiq sahədə dövlət idarəetməsinin səmərəliliyinin artırılması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Sədr bildirdi ki, bir neçə istiqamətlər üzrə və vahid formatda təşkil olunacaq məlumat mübadiləsi şəhərsalma və tikinti üzrə dövlət tənzimlənməsi sahəsinin inkişafı üçün praktiki əhəmiyyət daşıyır.

Son xəbərlər
Digər xəbərlər