Beynəlxalq Maliyyə Korporasiyası (BMK və ya IFC) aqrobiznesin rəqabət qabiliyyətini artırmaqda Azərbaycan hökumətinə kömək etmək niyyətindədir.
Bunu müsahibəsində BMK-nın Cənubi Qafqaz üzrə regional meneceri Yan van Bilsen bildirib.
Menecerin sözlərinə görə, rayonlarında əhalinin təxminən 40 faizinin iş yerləri və gəlirlərini təmin edən kənd təsərrüfatı sektoru maliyyələşdirilməyə çıxışın genişləndirilməsi vasitəsi ilə daha məhsuldar və mənfəətli ola bilər.
Yan van Bilsen bildirib: “Buna kömək etməyin yollarından biri kənd təsərrüfatı ilə bağlı hava və qiymət dəyişkliyi kimi riskləri yüngülləşdirən aqrosığortadır. Avropa və Mərkəzi Asiyada aqromaliyyələşdirmə üzrə məsləhətçi layihə fermerlərlə müxtəlif çöl tədqiqatlarının aparılması, kənd təsərrüfatı sığortası haqqında qanunun işlənməsi, kənd təsərrüfatı sığortası sisteminin konsepsiyasının işlənib hazırlanması üçün Azərbaycan hökuməti ilə işləyib”.