1 C
Baku
Saturday, December 14, 2024

“RabitəBank”-ın vəzifəli şəxslərinə qarşı cinayət işi başlanıb

“RabitəBank” ASC-də yol verilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciət araşdırılmışdır.

Araşdırmalar zamanı bankın Lənkəran rayon filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Lənkəran rayon sakinləri Fuad Cabbarov və digərlərinin adlarına saxta kredit müqavilələri rəsmiləşdirməklə ilkin məlumatlara görə 35.0 min manat məbləğındə vəsaiti kredit şəklində alaraq mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.