Ermənistan Cənubi Qafqazın ən yoxsul dövlətidir.
Ermənistan KİV-inə istinadən, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) müxtəlif dövlətlərin iqtisadiyyatının təhlilinə həsr edilən hesabatında bildirilib.
Sənəddə qeyd edilib ki, Ermənistanda adambaşına düşən Ümum Daxili Məhsul (ÜDM) cari ildə 10 min dollar təşkil edib. Bu göstərici ilə Ermənistan araşdırma aparılan 192-i dövlət arasında 113-cü yeri tutub.
Hesabata əsasən, regionun ən varlı dövləti isə Azərbaycandır. Ölkədə adambaşına düşən ÜDM 18,04 min dollar təşkil edib.